Rusiya Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən 76 sərnişin təyyarəsindən məhrum olub.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya nəqliyyat nazirinin müavini Vitali Savelyev bildirib.
“Təyyarələri götürmək istəyəndə gözlənilmədən təəccübləndik”, – nazir müavini qeyd edib.
V.Savelyev xatırladıb ki, Rusiyada hazırda 1167 sərnişin təyyarəsi istismar olunur.