Tacikistan və Türkmənistan ticari-iqtisadi, elmi-texniki məsələləri müzakirə edəcəklər.
İnterpress.az Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Tanqrıkuli Atahalliyevanın başçılıq etdiyi nümayəndə heyəti Düşənbəyə gəlib.
Tərəflər noyabrın 27-28-də Düşənbədə keçiriləcək Tacikistan və Türkmənistan hökumətlərarası komissiyasının 12-ci iclasında müzakirələr aparacaqlar.
Nümayəndə heyətlərinin həmçinin ekoloji problemləri, o cümlədən Aral gölünün xilası məsələlərini müzakirə edəcəyi gözlənilir.