Bazar ertəsi neft qiymətləri enməkdə davam edib, treyderlər “OPEC+” nazirlərinin noyabrın 26-dan 30-a təxirə salınan görüşünü gözləyirlər.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 1 barel üçün 79,85 dollar təşkil edir. Bu, əvvəlki sessiyanın bağlanışından 0,73 ABŞ dolları (0,91 %) aşağıdır.
Nyu-York əmtəə birjasında WTI neftinin yanvar fyuçersləri 0,73 ABŞ dolları (0,97 %) ucuzlaşaraq 1 barel üçün 74,81 ABŞ dolları olub.