“Tehran Yaxın Şərqdə iranyönümlü qüvvələrin sabitliyi pozan hərəkətlərini dayandırmalıdır”.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
“Biz ABŞ-nin İraq və Suriyadakı mövqelərinə pilotsuz uçuş aparatları və raketlər vasitəsilə hücumları, eləcə də kommersiya gəmilərinə hücumların şahidi olduq. Bu, eskalasiya riskini artırır”, – o vurğulayıb.
Y.Stoltenberq əlavə edib ki, İran bu qüvvələrə təsir etməlidir.
Onun sözlərinə görə, İranyönümlü qüvvələrin hərəkətləri NATO-nun Yaxın Şərqdə geniş mövcudluğu, o cümlədən alyansın İraqda öz imkanlarını artırmaq missiyasının fonunda həyata keçirilir.