Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağında yaralanan fələstinli uşaqlar və xərçəng xəstələrinin də olduğu 93 nəfərin müalicə üçün BƏƏ-yə gətirildiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. BPrezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qəzzadan olan 1000 yaralı uşağın və 1000 xərçəng xəstəsinin BƏƏ-də xəstəxanalarda müalicə olunmasına dair göstərişi xatırladılıb.
Misirin Ariş şəhərindən BƏƏ-nin paytaxtı Əbu-Dabiyə 80-i yoldaş, təcili müalicəyə ehtiyacı olan xərçəng xəstələri və yaralı fələstinli uşaqların da olduğu 93 nəfərin gətirildiyi bildirilib.
Xarici İşlər Nazirinin Səhiyyə Məsələləri üzrə müavini Maha Berekat gələnlərin BƏƏ-də müalicə almaq üçün gətirilən üçüncü fələstinli qrupu olduğunu bildirib və BƏƏ xalqının Fələstinlə həmrəyliyinə diqqət çəkib.
BƏƏ-dəki xəstəxanaların xərçəng xəstələrinə ən yüksək səviyyədə tibbi xidmət göstərəcəyini bildirən Berekat, ölkəsinin Fələstin xalqının əziyyətini yüngülləşdirmək üçün humanitar yardımları davam etdirəcəyini bildirib.
BƏƏ prezidenti Bin Zayed-in göstərişi ilə İsrailin intensiv hücumları altında olan Qəzza zolağı xalqına humanitar yardımın çatdırılması üçün noyabrın 6-da “Cəsur Süvari 3” əməliyyatı başladılıb və bu çərçivədə hərtərəfli hərbi əməliyyatların qurulması üçün hərəkətə keçilib.
Daha əvvəl Qəzzaya 20 milyon dollarlıq təcili yardım edən Bin Zayed, noyabrın 16-da “Cəsur Süvari 3” əməliyyatı çərçivəsində hər biri gündə 200 min galon tutumlu 3 dəniz suyu təmizləyici qurğunun qurulması əmrini verib. Gündə cəmi 300 min adamın faydalanacağı gözlənilir.