Cənubi Koreya rəsmiləri Şimali Koreyanın 2018-ci ildə imzalanmış hərbi gərginliyin azaldılması sazişini ləğv etməsindən sonra iki ölkə arasındakı Hərbisizləşdirilmiş Bölgəyə (DMZ) əlavə əsgər və sursat göndərdiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Koreya rəsmiləri ordunun son günlər DMZ-də artan hərbi aktivlik aşkarladığını bildirib.
Rəsmilər Şimali Koreyanın 2018-ci ildə imzaladığı hərbi gərginliyin azaldılması müqaviləsini ləğv etdikdən sonra bölgəyə əlavə əsgər və sursat göndərdiyini bildirib.
Şimali Koreya noyabrın 21-də casus peyki daşıyan raket buraxıb.
Bunun ardınca Cənubi Koreya noyabrın 22-də Şimali Koreya ilə 2018-ci ildə imzaladığı və regionda hərbi gərginliyi azaltmaq məqsədi daşıyan müqavilənin bəzi müddəalarını dayandırdığını açıqlayıb.
Şimali Koreya noyabrın 23-də müqaviləni ləğv etdiyini açıqlayıb.