NASA-dan itmiş asteroid xəbərdarlığı: O, 2024-cü ildə Yerə çarpıla bilərbackend

NASA-dan itmiş asteroid xəbərdarlığı: O, 2024-cü ildə Yerə çarpıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk dəfə 2007-ci ildə aşkar edildikdən sonra teleskopların gözündən itən “itirilmiş asteroid”in gələn il Yerlə toqquşma ehtimalı var.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. 2007 FT3 adlanan meteorit aşkar edildikdən bir gün sonra yoxa çıxıb. Bununla belə, alimlər meteoritin Yerə qayıtdığını təxmin edirlər.

NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) bu asteroidin orbitini müəyyən etmək üçün çalışırdı. Son tapıntılar bu asteroidin gələn il planetə düşə biləcəyini ortaya qoydu.

O, 2,6 milyard ton TNT gücündə partlayış yaradacaq

Müvafiq olaraq, 2024-cü ilin oktyabrında itirilmiş meteoritin Yerə dəymə ehtimalı təxminən 11,5 milyonda birdir. 2024-cü ilin martında Yerə çarpma ehtimalı 10 milyonda 1 olaraq təyin olunub.

Bu son dərəcə kiçik bir ehtimal olsa da, meteoritin planetə düşəcəyi təqdirdə 2,6 milyard ton TNT gücündə partlayış yaradacağı proqnozlaşdırılır.

O, planeti məhv etməyəcək

Bu enerji planeti məhv etmək üçün kifayət qədər böyük deyil. Digər tərəfdən, onun vurduğu bölgədə böyük ziyan vurması və bütün Yer kürəsinə şok dalğaları göndərməsi mümkündür.

Kosmik agentliklər bu günə qədər Yerə yaxın olan 30 mindən çox asteroidi sənədləşdiriblər. Hazırda həmin obyektlər müşahidə edilir.

Bununla belə, NASA və digər qurumlar əmindirlər ki, Günəşin parıltısında hələ də kəşf edilməmiş böyük asteroidlər və kometalar gizlənir.

NASA tədqiqatçıları itmiş asteroidə nə baş verdiyini hələ dəqiq bilmirlər. Onlar ayıq-sayıq qalacaqlarını və Yerimizə dəyəcəyi təqdirdə əlamətlər axtarmağa davam edəcəklərini söyləyirlər.