Fransanın daxili işlər naziri Gerald Darmanin zorakılıqda iştirak edən üç ifrat sağçı qrupun ləğvini tələb edəcəyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fransa İnter Radiosuna danışan daxili işlər naziri Darmanin 16 yaşlı Tomasın ölümündən sonra Drome bölgəsinin Romans-sur-Isere şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı qiymətləndirmə aparıb.
Darmanin, bölgədə şiddət təşkil edən “Division Martel” adlı təşkilat da daxil olmaqla 3 ifrat sağçı qrupa qarşı tədbir görəcəklərini bildirib.
İfrat sağçıların içində dövlətə qarşı hərəkat olduğunu bildirən Darmanin deyib ki, dövlətin yerini heç kim tuta bilməz.
Nazir Darmanin şiddət hadisələri təşkil edən bu qrupların ləğvi üçün hərəkətə keçəcəyini açıqlayıb.