Noyabrın 24-də “Bakı Metropoliteni” QSC tarixi rekorduna yaxın – 867 310 sərnişin daşıyıb.
İnterpress.az-ın qurumdan əldə etdiyi məlumata görə, bu, həmin gün paytaxtda rəsmi tədbirlərin keçirilməsi ilə əlaqədar olub.
Bakı metrosunun tarixində ən çox sərnişin daşınması isə 2018-ci il dekabrın 24-də qeydə alınıb. Belə ki, yeni il şənlikləri ilə əlaqədar həmin gün 882 254 sərnişin daşınıb. 2019-cu il noyabrın 29-da isə metronun xidmətindən 852 984 sərnişin istifadə edib.