Avropa ölkələrində qarşıdan gələn Avropa Parlamenti seçkiləri öncəsi ifrat sağçı partiyaların yüksəlişdə olduğu və onların seçkilərdə deputat sayını əhəmiyyətli dərəcədə artırmasının gözlənildiyi bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Avropada seçkiləri izləyən “Europe Elects” təşkilatının apardığı araşdırmaya görə, Avropa ölkələrində ifrat sağçı siyasi partiyaların səsvermə nisbətləri əvvəlkindən daha yüksək səviyyəyə çatıb.
Avropa Parlamentində (AP) “Kimlik və Demokratiya” (ID) siyasi qrupunun çətiri altında toplaşan və hazırkı 705 yerdən 60-na sahib olan ifrat sağçı partiyaların mandatlarının sayını 87-yə çatdıracağı proqnozlaşdırılırdı.
“Kimlik və Demokratiya” (ID) siyasi qrupunun tərkibində Hollandiyada Geert Vildersin rəhbərlik etdiyi PVV, Fransada Marine Le Penin partiyası RN, Almaniyada ifrat sağçı AfD, Avstriyada FPÖ, İtaliyada Matteo Salvininin partiyası kimi partiyalar var.
Proqnozlar doğru olarsa, İD Qrupu AP-də mühafizəkar partiyalardan ibarət Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) qrupunu qabaqlayaraq, mandatların sayına görə 4-cü böyük siyasi qüvvəyə çevriləcək.
“Avropa Seçirlər” araşdırması həmçinin Yaşılların Avropada ciddi səs itkisinə məruz qalacağını və AP seçkilərindən sonra deputatlarının sayının 72-dən 52-yə düşə biləcəyini də ortaya qoyub. Eyni şəkildə, liberal yönümlü Yeniləmə Qrupunun da səs itirə biləcəyi və deputatların sayının 101-dən 89-a düşə biləcəyi bildirilib.
Hazırda AP-də ən böyük siyasi qurum olan sağ mərkəzçi siyasi qrup Avropa Xalq Partiyasının (EPP) Aİ-də əsas siyasi aktor rolunu qoruyacağı və 175-ə yaxın deputata sahib olacağı, sosialist S&D isə Qrup eyni şəkildə millət vəkillərinin sayını 141 ətrafında saxlayacaq.