İran sərhəd qüvvələrini hazırlıq vəziyyətinə gətirdi!backend

İran sərhəd qüvvələrini hazırlıq vəziyyətinə gətirdi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib.

Q. Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib.

“İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq”, – deyə Q.Rzayi baxışdan sonra jurnalistlərə bildirib.(apa)

İnterpress.az