İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mustafa Tanrıverdi Türkiyənin silah istehsalı layihələrini amerikalılara satmaq istəyərkən tutulub. Belə ki, MKE Kırıkkale Silah Fabrikası müdiri Mustafa Tanrıverdi, 18 Milyon dollar dəyərində olan MPT – 76 piyada tüfəngi layihəsini 1 milyon türk lirəsi qarşılığında bir ABŞ vətəndaşına satırmış. Xüsusi olaraq qeyd edək ki, sözü gedən MPT – 76 piyada tüfəngi 3 ildir ki, test edilirdi və yalnız bu il Silahlı Qüvvələrə təslim edilmişdi. M.Tanrıverdi layihəni satarkən cinayət başında yaxalandı.
Verilən məlumatlara görə, Silah Fabrikasının müdiri məhkəmədəki ifadəsində bildirib ki, özünü silah taciri kimi təqdim edən K.K-nın ABŞ-da fabrika quracağına inanıb: “K.K. mənə uyğun bir miqdar verəcəyini söylədi. Biz bazarlıq etmədik. O da çanta ilə pulu mənə verdi. Mən bu çantadakı pulu da saymadım. Mən bu olayda xatalı davrandım. Etdiklərimin fərqindəyəm və peşmanam\”.Ankara prokurorluğu satqın müdirlə bağlı istintaqa başlayıb.
Cinayət təqibinin aparılması Ankara polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə göndərib.
Zavod direktoru Mustafa Tanrıverdi pul qarşılığında 2 silaha aid rəsm və istehsal planlarını ABŞ-ın bir silah zavoduna satacağı məlumatı alan hüquq mühafizə orqanları onu təqib edib. Məhkəmə qərarı ilə onun iş otağı və evi 24 saat müddətində təqib edilib. Tanrıverdinin amerikalılarla görüşəcəyi restorana dinləmə və video kameralar yerləşdirilib. Xüsusi xidmət orqanları Tanrıverdini hadisə yerindəcə həbs ediblər.
Tanrıverdinin Türkiyəyə aid MP-5 silahının istehsal sirrini və Milli piyada tüfəngi MPT-76-nın istehsal planlarını satmaq istədiyi üzə çıxıb.
İnterpress.az