Hadisə Məşhəd şəhərinin Bəhmən küçəsində yerləşən yaşayış evində baş verib.
Yaralananların bir neçəsinin vəziyyəti ağırdır. Partlayış nəticəsində ev tamamilə dağılıb. Bundan başqa, ətrafdakı 3 evdə də dağıntılar olub, 20 evin isə şüşələri sınıb.
Partlayış nəticəsində evin kənarında park edilmiş 3 avtomobilə ziyan dəyib.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.(apa)
İnterpress.az