O,1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
Hazırda qəhrəman zabitin cənazəsinin anadan olduğu kənddəki evlərinə gətiriləcəyi gözlənilir. Artıq şəhid zabitin yaşadığı evin ətrafında izdiham müşahidə olunmaqdadır. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev başda olmaqla bütün yerli dövlət qurumlarının rəhbərləri də şəhidin yaşadığı evə gəliblər.
Neftçala Rayon İcra Hakimiyyətindən virtualaz.org-a verilən məlumata görə, şəhid mayor Samit İmanov sabah Neftçaladakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
İnterpress.az