İnterpress.az dünya miqyasında bununla bağlı araşdırmanı təqdim edir.
İlk araşdırma 1995-ci ildə ABŞ-da aparılıb. Tomson və Geferson adlı tətqiqatçilar 1000 adama elektron poçtla anket göndərib. Anketə 254 adam cavab verib. Cavabların 91%-ində burunlarını tez-tez qurdaladıqları etiraf ediblər. Sorguda iştirak edənlərin 1,2 % i isə bunu hər saat etdiklərini yazıb. İştirakçılardan 2 nəfər isə bunu etməkdən burundakı toxumaları zədələdiyini qeyd edib.
Doğrudur, əslində bu çox da geniş bir araşdırma deyildi, çünki sorğuda insanların yalniz dörddə biri iştirak etmişdi.
Hindistanda araşdırma
Bununla bağlı 2000-ci ildə yenidən araşdırma aparıldı. Bu dəfə Hindistanda Andrale və Srihari adlı həkimlər burun qurdalamaq mövzusunu daha ciddi tədqiq etdilər. Bunun uşaqlar arasında adət halına çevrildiyini düşünərək Bangalordaki məktəblərə sorgu göndərdilər. Sorğuya cavab verən 200 uşaqdan hamısı bunu etiraf etdi. Uşaqların 7,6% bunu gündə 20 dəfədən çox etdiklərini dedi. 13 nəfər isə burnunu qurdaladıqdan sonra yediklərini də yazdı.
Bunu tədqiq edən hindistanlı həkimlər daha maraqlı fakta rast gəliblər. 29 yaşlı bir xəstə burun tüklərini qoparmaqdan burun iltihabına yoluxub. Həkimlər buna “beyin qavrayış pozğunluğu” diaqnozu qoyaraq müalicə ediblər.
Bu, niyə edilir?
Bir çoxunuzun arada bir etdiyi bu işin patoloji olmadığını rahatlıqla söyləyə bilərik. Amma bu vərdişin tamamilə zərərsiz olması mənasına gəlmir. Hollandiyalı tədqiqatçıların 2006-cı ildə qulaq-burun-boğaz ixtisaslı klinikalardan birində apardığı araşdırmada burun qurdalamağın bakteriyaların yayılmasına səbəb olduğu ortaya çıxıb.
O halda bütün bu risklərə və insanda yaratdığı iyrənmə hissinə baxmayaraq niyə burnumuzu qurdalayırıq?
Bunun dəqiq cavabı hələ də tapılmayıb. Bu mövzudakı araşdırmalar indiyədək davam edir. Bu araşdırmanı aparan hindistanlı həkimlərə 2001-ci ildə parodik Nobel mükafatı verilib. Mükafat mərasimində həkimlər belə bir ifadə islədiblər: \”Bəziləri burnunu başqalarının işinə soxur, biz isə işimizi başqalarının burnuna soxmağı məqsəd qoymuşuq.\”
İnterpress.az