Türkiyədə öldürülən 7 PKK snayperçisi Ermənistan ordusunun xüsusi təyinatlısı çıxdıbackend

Türkiyədə öldürülən 7 PKK snayperçisi Ermənistan ordusunun xüsusi təyinatlısı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror üzrə ekspert, istefada olan hərbçi, Maltəpə Universitetinin professoru Mesut Hakki Çaşin deyib ki, ermənilərin ASALA terror təşkilatı ilə PKK terror təşkilatı arasında dərin bağ var.M.H.Çaşin bildirib ki, PKK-nın bəzi birlikləri ASALA üzvlərindən təşkil edilib: \”Əldə etdiyim məlumata görə, son 3 ay ərzində döyüşlərdə ölən PKK snayper atıcılarının 7-si Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu müəyyən edilib. Hətta zərərsizləşdirilən erməni əsgərlərinin Ermənistana göndərilməməsi Ermənistan ilə PKK arasında problemə çevrilib\”.

Türkiyədə öldürülən 7 PKK snayperçisi Ermənistan ordusunun xüsusi təyinatlısı çıxdı

Ekspert qeyd edib ki, PKK, PYD və ASALA-nın məqsədi hazırda dünyanın 17-ci Ən böyük iqtisadiyyatı olan Türkiyənin 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatı sırasına daxil olmasının qarşısını almaq, Türkiyənin böyüməsini əngəlləməkdir. M. H. Çaşin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı PKK/PYD/ASALA bağlantısına diqqət çəkdiyini xatırladıb: \”Türkiyə-Ermənistan və PKK/PYD problemlərini bir arada dəyərləndirmək lazımdır\”.(Milli)

İnterpress.az