Yaşadığımız dövrdə sıx-sıx rast gəldiyimiz və daha çox gənc bakalavrları düşündürən bu sual haqqında danışaq bu gün.
Buna isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi informasiyalara uyğun cavab verilsə, daha məqsədə uyğun sayılar.
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Bəs bu qulluğu qazanmaq məqsədi ilə təşkil olunan imtahan hansı fənlər üzrə— hansı istiqamətdə təşkil olunur?
İmtahana 4 fənn blokundan suallar salınır:
1. Qanunvericilik – 40,
2. Məntiq – 30,
3. Azərbaycan dili – 15,
4. İnformatika -15 sual.
İmtahanda təqdim olunan bu suallar həm qapalı, həm də açıq formada təqdim olunur. Dövlət qulluğu imtahanında lazımi keçid ballarını toplayan, sınağı uğurla keçə bilənlər aşağıdakı dövlət orqanlarda işləyə bilər:
* ASAN Xidmət mərkəzləri və regional bölmələri ;
* Qida Təhlükəsizliyi Agentliyi və yerli bölmələri;
* Dövlət Statistika Komitəsi və yerli bölmələri;
* Məhkəmələr (hakim vəzifələri istisnadır);
* Dövlət Turizm Agentliyi;
* Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
* Hesablama palatası (həmçinin Məhkəmə-Hüquq Şurası, Ombusdman və digər qurumlar);
* Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;
* Energetika Nazirliyi
* Təhsil Nazirliyi, tabeliyində olan və yerli bölmələri (Rayon Təhsil Şöbələri);
* Kənd Təsərrüfatı Nazirliyi və tabeliyində olan xidmətlər, həmçinin Nazirliyin yerli bölmələri;
* Mədəniyyət Nazirliyi və yerli bölmələri;
* Maliyyə Nazirliyi və struktur bölmələri;
* Gənclər və İdman Nazirliyi və yerli bölmələri;
* Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (həmçinin Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Komitəsi);
* Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli bölmələri və s.
Adı çəkilən dövlət qurumlarında çalışmaq hal-hazırda bir çox gənclərin arzusudur. Bununla yanaşı orta nəsil nümayəndələrinin də iş təcrübələrinin artırılması, vəzifə səlahiyyətlərinin bölünməsi yönündə işlədiyi dövlət qurumlarında bu imtahanlardan keçmək- sertifikat almaq tələb olunur. Bu mərhələyə əlverişli yolla və ən əsası tez çatmağın yolu isə doğru bələdçini —düzgün tədris ocağını tapmaqdır. Bir çox vətəndaşlar bu yolda çox çətinlik çəkir və nəticədə uğurdan çox zaman itkisi qazanırlar; bu da bir çox gənclərimizin ruh düşkünlüyünə, istiqamətini və potensialını yanlış yerdə dəyərləndirməsinə səbəb olur.
Bu məqsədlə doğru tədris ocağını seçmək üçün ən etibarlı yerdən- “R1 Academy”-dən danışacağam.
Respublika birincilərinin keçdiyi tədris ocağıdır, əminlikə və qətiyyətlə irəliləyirlər, sözün əsl mənasında gecəsini gündüzünə qatıb yorulmaq bilmədən çalışırlar, çalışdıqca uğurlu nəticələrin sayı artır, bu uğurdan qazandıqları fərəhlə də həvəslə yollarına davam edirlər. Konkret bir amalları var: İrəli və ancaq irəli. Sadə, gülərüz olduqları kimi əsl müəllim,öyrətmən kimi zəhmləri də var, bu da heç bir tələbəni nə ruhdan düşməyə, nə də yarı yoldan dönməyə imkan vermir. Ən əsası isə işin sirrini bilirlər, doğru yolun ancaq oxumaqdan keçdiyini bildikləri üçün bunu israrla bütün tələbələrə aşılayırlar.
Bütün tələbələrə dostdurlar, birlikdən doğan güclə mükəmməl nəticələrə— ölkə birinciliyini qazandırmağa israrlıdırlar.
Ağır təbiəti və incə danlaqlı zarafatları ilə kursun rəhbəri Vüqar Süleymanlı bütün tələbələrin ürəyində özünə yer tapıb. Mükəmməl intellektə, dərin məntiqə və biliklərə sahib olan bu müəllim doğru yolda qətiyyətlə zirvələri fəth etməyə davam edir. Məntiqin ən dərinliklərinə, informatika fənninin ən incəliklərinə belə yüksək səviyyədə yiyələnib, bunu da tələbərinə tədris etməkdə qərarlıdır. Və ən əsası komanda seçimində yanılmayıb, tədris olunan digər fənn-qanunvericiliyi tədris edən müəllimi də od parçasıdır- Laçın müəllim…
Tələbələrin “qorxulu” müəllimi, sözün əsl mənasında laçın oğlan. Əzmi, qətiyyəti, çalışqanlığı ilə örnək müəllimdir Laçın Həsənov. İki seçimi var tələbələrə: “ Ya oxumalısan, ya oxumalısan”. Yuxusuz gecələri və istirahətsiz gündüzləri hesabına qanunvericiliyi mükəmməl tədris edir, yorulmağı yaddan çıxarıb, elə bil. Hər il birinciliyi əldə etməkdə ən inadlı müəllimlərdəndir dağlar oğlu.
Digər müəllimləri də uğurlu seçimdir, imtahanla iş həyatını fəth etməyin yolu R1 Academy-dən keçir, məncə.
Uğurlar arzu edirəm sizə,əziz gənclər, sizin kimi öyrətmənlər var olduqca dövlət qulluğunu qazananlarla gələcəyimiz əmin əllərdə olacaq. Çünki işin əslini bilən, peşəkar dövlət qulluqçuları dövlət orqanlarımızın sağlam sütunudurlar. Təməli düzgün qurulan hər bir işin gedişatı uğurlu olur, güclü dayaq sayılan qulluqçuları olan dövlət də daim zirvədə olacaq.
Bu şərəfli yolda sizə uğurlar arzu edirəm, R1 Academy, sükanı belə saxlayın.
Gülər Mübariz