1 qaşıq ud hindi nəyə qadirdirbackend

1 qaşıq ud hindi nəyə qadirdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən bu bitkinin bir neçə istifadə qaydasını yazmışam, indi isə öz praktikamda fayda gördüyüm xəstəlikləri yalnız çay kimi içilib sağaltması haqqında yazacam İnşAllah.

1 çay qaşığı ud hindi tozunu 1 stekan qaynar suya qarışdırıb içilə biləcək vaxta qədər gözləyin, sonra 1 çay qaşığı bal əlavə edib yeməkdən yarım saat əvvəl için, bunu gündə iki dəfə səhər axşam edin, bu qarışım bütün iltihabı xəstəlikləri tək başına götürə biləcək bir gücə malikdir. Bu qarışımın faydasını görmək üçün ən azı bir ay içmək lazımdır. Qanı duruldur, damarları elastik edir, təzyiqi normallaşdırır, beyin-qan dövranını yaxşılaşdırır, diqqəti və yaddaşı gücləndirir, zob düyünlərini əridir, faringiti götürür, anginanı qısa müddətə sağaldır, mədəaltı vəz xəstəliyi (pankreatit) zamanı çox faydalıdır, podaqra şişlərini əridir, qurdqovucudur, şəkər xəstələri üçün əvəzolunmaz bir şəfa mənbəyidi sadəcə şəkərin müalicəsi zamanı balın dozasın azaltmaq lazımdır. Xroniki qastrit və kolit zamanı faydalıdır, revmatizm və revmatoidli poliartrit zamanı mükəmməldir. Bütün əzələ ağrılarında faydalıdır, ödqovucudur, öd daşlarını əridir, böyrək daşlarını əridir, bağırsaq xovlarının arasındakı daşları əridir, sistit və böyrək iltihabı zamanı faydalıdır, immunteti çox gücləndirir, illərlə çəkən allergiyanı götürür, xroniki bronxit, astma, bronxit və vərəm xəstələri üçün şəfa mənbəyidir, damarların içini təmizlədiyindən və qanı durulaşdırdığından ürək qan damar sistemi üçün şəfalıdır.

Bir sözlə əziz oxucu, bütün bunları mən hardansa oxuyub bura yazmıram, mən bütün bu xəstəliklərin necə sağalmasının şahidiyəm. Unutmayın, Peyğəmbərimiz səlləllahu aleyhi vəsəllim – “müalicələrin ən yaxşısı hicama və ud hindi ile müalicədir” – söyləmişdir.


İnterpress.az