Arxeoloqlar üzərində Roma imperatorunun adı olan 2000 illik əşya tapdılarbackend

Arxeoloqlar üzərində Roma imperatorunun adı olan 2000 illik əşya tapdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxeoloqlar üzərində Roma imperatorunun adı olan 2000 illik əşya tapıblar.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Çox güman ki, əşyanın üzərində Roma imperatoru Yuli Sezarın adı yazılıb.

Julius Sezarın adı yazılmış maddi mədəniyyət nümunəsi İspaniyada tapılıb və imperatorların qoşunları tərəfindən sapandla istifadə edildiyi güman edilir.

Arxeoloqların fikrincə, tapıntı çox güman ki, təbliğat məqsədilə istifadə olunub.

Mütəxəssislər tərəfindən “glans inscripta” kimi tanınan əsərin ölçüləri 4,5 x 2 santimetr, çəkisi 71 qramdır və onun içinə ərimiş qurğuşun töküldüyü qəlibdən istifadə olunduğu açıqlanıb.

Bir tərəfdə “IPSCA” (ehtimal ki, naməlum İspan şəhəri), digər tərəfdə isə Sezar üçün “CAES” yazılıb.

Mütəxəssislərin fikrincə, tapıntı yerli ispanların vətəndaş müharibəsi zamanı Sezarı dəstəklədiyini sübut edə bilər.