Bloomberg Billionaires Index-in məlumatına görə, Bidzina İvanişvilinin sərvəti 6,62 milyard dollara çatıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, dekabrın 27-nə İvanişvilinin əmlakı 6,5 milyard dollar təşkil edib, buna görə təxminən bir ayda artım 120 milyon dollardır.
Bloomberg yazır ki, İvanişvili 1990-cı illərdə Rusiyada sərvətini müxtəlif bizneslər, o cümlədən dəmir filizi istehsalçıları, polad zavodları, banklar və daşınmaz əmlak kolleksiyası qurmaq vasitəsilə qazanıb. O, aktivlərinin böyük hissəsini 2003-2006-cı illər arasında, qalanını isə 2012-ci ilin oktyabrında Gürcüstanın baş naziri seçilməzdən əvvəl satıb.
Məlumat üçün bildirək ki, Bloomberg Billionaires Index 2013-cü ildən Bidzina İvanişvilinin əmlakını qiymətləndirir.
Forbes-in milyarderlər reytinqinə gəlincə, onların hesabatına görə, İvanişvilinin əmlakı 4,9 milyard dollar qiymətləndirilir.