Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya və Ukraynanın vasitəçiliyi sayəsində yeni hərbi əsir mübadiləsinin baş verdiyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
BƏƏ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada BƏƏ-nin Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi ilə bağlı vasitəçiliyinin uğurlu olduğu bildirilib.
Bəyanatda hər iki tərəfdən hərbi əsirlərin vasitəçilik sayəsində azad edildiyi, vasitəçilik səylərinin uğurlu olması üçün Rusiya və Ukrayna hökumətlərinə müsbət əməkdaşlığa görə təşəkkür edildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, BƏƏ-nin vasitəçilik uğuru onun Rusiya və Ukrayna ilə möhkəm münasibətlərinə əsaslanır.
Bəyanatda Abu Dabinin Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyinə diqqət çəkilərək, BƏƏ-nin vasitəçilik səyləri çərçivəsində bir neçə həftə əvvəl Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsinin baş verdiyi xatırladılıb.
BƏƏ Xarici İşlər Nazirliyi yanvarın 4-də verdiyi bəyanatda “Müharibə başlayandan bəri iki tərəf arasında ən böyük əsir mübadiləsindən biri baş tutub” deyib.