Artıq bir çoxumuz facebook sosial şəbəkəsini gündəlik həyatımızda istifadə edirik. Bu sosial şəbəkə də gördüyümüz kimi fəaliyyət sahəsini mövcud proqramları ilə məhdudlaşdırmayaraq yeni-yeni funksiyalar əlavə edir. Belə funksiyalardan biri də \”test\” lərdir. Ümumiyyətlə faceebokda testlər nə deməkdir və onlardan istifadə etmək (hətta onların nəticələrinin sizdən başqa heç kimi narahat etməməsindən asılı olmayaraq) nə ilə nəticələnə bilər?
İndi isə testlərin nə olduğuna nəzər yetirək…
Facebook şəbəkəsində yazılarımız, şəkillərimiz, ümumiyyətlə, ora yerləşdirdiyimiz bütün məlumatlar – dostlarımızın kimlər olduğu, onların hansı əlaqələrinin olduğu və nə barədə məktublaşdıqlarımız saxlanılır. \”Test\” lər isə facebookdan ayrıca proqramdır. O, bizim facebookumuzdakıları \”təhlil edir\” və sonra hər-hansı bir nəticəni verir.
Bu test proqramı, məktublaşdıqlarımızı oxuya bilməsi üçün bizdən \”icazə\” istəyir.
Məsələn, həmin testlərdə verilən sorğulardan birini göstəririk: «Facebookda bir il ərzində işlətdiyiniz məşhur sözlər». Diqqət, sual veririk: \”Sözlərin tezlik göstəricisinin təhlili\” üçün mənim dostlarımın siyahısı, onların əlaqələri və mənim fotolarım lazımdırmı?
Düzgün cavab budur ki, tezlik göstəricisinin təhlili üçün bu məlumatlar heç lazım deyil. Daha düzgün cavab isə \”test\” lərin, əslində, bu məlumatların toplanması üçün fəaliyyət göstərməsidir.
Testin müəllifləri bizim belə suallara cavab vermədiyimiz hallarda şəkil və dostlarımıza yol tapa bilmirdilər, amma əks halda tapa bilirlər.
Bizə elə gələ bilər ki, onların bu məlumatlara nə ehtiyacı var? Amma bu gümanın cavabını tapmaq üçün çox bilikli olmağa ehtiyac yoxdur, məsələn, facebook parolumuzu səhv yazsaq parolun bərpa olunması üçün \”facebook\” bizə daxil olan şəxsin profil sahibi olmasını təsdiqləməsini təklif edir. Bu təsdiqləmə mərhələsi parol vasitəsilə də mümkündür. Niyə bizim biz olmamızı təsdiqləməmizi istəyir ki? Həmçinin (parolu unudanda) belə bir variant da var ki, bizə dostumuzun şəkli göstərilir və şəkildə kim olduğu soruşulur. Qəribə təsadüf üzündən bizə göstərilən \”şəkil\” və \”dostların siyahısı\”, bizim məhz bu yaxınlarda testin naməlum müəlliflərinə verdiyimiz məlumatlar olur. Halbuki, bizim dostluğumuzda əksərən o qədər danışmadığımız dostlarımız var ki. Onların şəkillərini niyə göstərmir?…
Bu, konkret bir misal idi ki, bütün \”möcüzə\” – testlər həmin sxem üzrə işləyir. Məsələn, məşhur «sizin ən yaxşı dostunuz kimdir?» testi bütün şəxsi məktublaşma məlumatlarımıza giriş istəyir. Guya test onları oxuyub bizə ən çox kimlə məktublaşşdığımızı göstərəcək. Maraqlısı isə budur ki, böyük əksəriyyətimizi bu «oxuyacaq» mənası narahat etmir.
Üstəlik daha məsuliyyətli fakt bundan ibarətdir ki, şəxsi yazışmalarda 2 tərəf iştirak edir və siz oxunmağa icazə verməklə nəinki özünüzün, həm də müsahibinizin mesajlarının oxunmasına da yol açırsınız.
Əlbəttə, heç də bütün testlər şəxsi informasiyaların toplanması üçün deyil. Bəziləri sadəcə davranış statistikası toplamaq üçün lazımdır. Bunlara \”gələn ilin necə olacağını bilmək istəyirsənmi?\”, kino, musiqi, alış-veriş, nə vaxt aralığında səyahət etdiyini de: yaş həddi və gəlir səviyyəni göstər kimi onlarla sualları göstərmək olar.
Gəlin bunu \”sosial sorğu\” yox, \”psixoloji test\” adlandıraq və nəticəni yaxşı təsvir edək, çünki insanlar sosioloji sorğuları sevmir, əvəzində psixoloji testlər sevirlər.
Və nəhayət, testlərin mahiyyəti bərədə – Cənablar, sizi məyus etmək təəssüfləndiricidir, amma aldığımız nəticələr astroloji proqnozun dəqiqlik və əhəmiyyətinə malikdir. Bizim nəticələr təsadüfən seçilir.
Bizə göstərilən nəticədə elə xoş şeylər yazılıb ki, onlarla razılaşmamaq mümkün deyil. Məsələn biz çox ağıllı, təmkinliyik; gələn il milyoner olacaq, bahalı maşınlarda facebookdakı dostumuzla şəhəri dolaşacağıq və s.
Bu nəticələr \”tezlik analizi\” üçün də eynidir – analiz bizim öz səhifəmizdə yazılmış onlarla postların ( bu, bizim öz yazdığımız postlarla eyni şey demək deyil) və maraqlısı, həmin postlara edilən şərhlərin əsasında tərtib olunub.
Əgər dediyimiz başa düşülən oldusa aşağıdakıları etməyinizi məsləhət bilirik:
Parolunuzu dəyişin. Və (əslində, facebooka heç bir aidiyyəti olmayan) \”test\” lərdə iştirak etməklə başqalarının məlumat bazasını öz şəxsi məlumatlarınızla təmin etməyin. Siz əslində naməlum şəxslərə \”şəxsi\” sayılan məlumatlara giriş imkanı verir, əvəzində isə təsadüfən hazırlanmış cəfəngiyyat alırsınız. Təəsüflər olsun ki, bununla siz bəzən nəinki özünüzün, həm də başqalarının məlumatlarına girişi təmin edirsiniz ki, belə etmək olmaz.(İslamınsəsi)
İnterpress.az