Ermənistan Azərbaycanla əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişini imzalamağa hazırdır.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır.
Hökuməti başçısı bildirib ki, təklif etdikləri “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər.