Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.
İnterpress.az-ın xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.
Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.