Bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
Dövlət başçısı
bildirib ki, Alyansın yaradılması mühüm bir addım idi: “Ölkəmiz nəinki Şərqlə Qərb arasında körpüdür, burada hər zaman multikultiralizm olub. Azərbaycan çoxkonfessiyalı ölkədir. Biz öz tarixi abidələrimizlə fəxr edirik. Bu ölkədə müxtəlif xalqlar yaşayıb-yaradıblar. Ən qədim kilsələrdən biri olan Alban kilsəsi Azərbaycanda yerləşir”.
Prezidentin sözlərinə görə, Azərbaycan müstəqillik baxımından gənc dövlətdir. “Multikultiralizm bizim üçün dövlət siyasətidir. Bu istiqamətdə xeyli tədbirlər keçirmişik”, – dövlət başçısı deyib.(report)
İnterpress.az