Qadın ziyalılar Saday Şəkərli ilə bağlı Mehriban Əliyevaya müraciət etdibackend

Qadın ziyalılar Saday Şəkərli ilə bağlı Mehriban Əliyevaya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müraciətin qısa məğzini təqdim edirik:

“Hörmətli Mehriban xanım. Nəzərinizə çatdırırıq ki, qələm yoldaşımız, Azərbaycan Yazıçılar Birliyinin üzvü Saday Şəkərli 23 dekabr 2015-ci il tarixində həbs olunub. Həbs Vergilər Nazirliyində baş verib. Nəzərinizə çatdırırq ki, S.Şəkərli bir neçə xəstəlikdən əziyyət çəkir. Onda şəkər xəstəliyi, belində sinir xəstəliyi, bronxit, yüksək qan təzyiqi kimi xəstəlikləri var.

Hörmətli Mehriban xanınm. Biz hamımız anayıq. May ayının 12-də Saday müəllimin anasının il mərasimidir. Çox xahiş edirik ki, ananın bizə əmanət etdiyi günahsız şairin azadlığa qovuşmasına yardımçı olasınız”.

Xatırladaq ki, 2015-ci ilin 23 dekabr tarixində Saday Şəkərlinin külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu alması ittihamı ilə bağlı barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

İnterpress.az