Xarici dövlətlərin hərbi attaşelərinə cəbhə xəttindəki vəziyyət barədə məlumat verilibbackend

Xarici dövlətlərin hərbi attaşelərinə cəbhə xəttindəki vəziyyət barədə məlumat verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplantıda Assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.

Bundan əlavə, Assosiasiyanın üzvlərinə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyət barədə danışılıb, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin aramsız pozulmasını əks etdirən materiallar, eləcə də məsələyə dair Azərbaycan hökumətinin rəsmi mövqeyi və Müdafiə Nazirliyinin məlumatı təqdim olunub.

Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin 2016-cı il üçün Tədbirlər Planına əsasən, növbəti fəaliyyətlərin həyata keçirilməsinin gedişi müzakirə edilib.(azertag)

İnterpress.az