Astarada torpaq sürüşməsi olub, yaşayış evləri təhlükə ilə üz-üzə qalıbbackend

Astarada torpaq sürüşməsi olub, yaşayış evləri təhlükə ilə üz-üzə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astarada torpaq sürüşməsi olub, yaşayış evləri təhlükə ilə üz-üzə qalıb.

İnterpress.az-ın məlumatına görə, təbii fəlakət rayonun Şiyəkəran kəndindəki “Məscid məhəllə” deyilən ərazidə baş verib.

Belə ki, torpaq sürüşməsi nəticəsində bir neçə ev təhlükəli vəziyyətlə üzləşib. Buna səbəb son zamanlar cənub bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Həmin evlər də çay kənarında yerləşir və sel suları həyətyanı sahələrin qarşısında qoruyucu zolaq məqsədilə bir neçə cərgədə əkilmiş ağacları da torpaq qatı ilə birlikdə yuyub aparıb.

Astara Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər qurumların nümayəndələri əraziyə baxış keçiriblər:

“Şəkillər çəkilib, koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, həmin ərazidə 650 paqonmetr sahil-mühafizə bəndlərinin tikintisi planlaşdırılır.“Report”