Qlobal istiləşmə səbəbindən Tibetdəki göllərin sahəsi ARTDIbackend

Qlobal istiləşmə səbəbindən Tibetdəki göllərin sahəsi ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal istiləşmə səbəbindən Tibetdəki göllər genişlənib.

İnterpress.az xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb. Məlumatda bildirilir ki, Çinin Qinghai-Tibet yaylasındakı göllərin sahəsi son 30 ildə 10.000 kvadrat kilometrdən çox artıb. Çin Elmlər Akademiyasının Qinghai-Tibet Yaylası Tədqiqat İnstitutunun alimləri bildiriblər ki, bu, qlobal istiləşmə ilə bağlıdır.

Araşdırma iqlimin isti və rütubətli olması ilə yayladakı göllərin genişləndiyini göstərib. Bu, daşqın riskini artırıb və çəmənliklər və bataqlıqlar şəklində biomüxtəlifliyə və ekosistemlərə təsir edib.

Əlverişli ssenaridə belə, əsrin sonuna qədər göllərin sahəsinin daha 20.000 kvadratmetr.km artacağı proqnozlaşdırılır. Bu, suyun səviyyəsinin təxminən 10 metr, həcminin isə 652 milyard metrik ton artmasına səbəb olacaq.

Göllərin ərazisinin ən böyük genişlənməsi yaylanın şimalında müşahidə olunur. Alimlər qeyd ediblər ki, su hövzələrinin artması göllərlə atmosfer arasında mübadiləni artıracaq. Bu, atmosferdə istixana qazlarının konsentrasiyasının artmasına və qlobal istiləşmənin pisləşməsinə səbəb ola bilər.

Ümumilikdə, yaylada təxminən 50.000 kvadrat kilometr ərazini əhatə edən 60.000 göl var.

Xuraman Etibarlı

İnterpress.az