Ermənistanda epidemiya riski var – Sanosyanbackend

Ermənistanda epidemiya riski var – Sanosyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fəlakət zonasında lil və heyvan cəmdəklərinə görə epidemiya riski var”.

interpress.az xəbər verir ki, иu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bu gün, iyunun 5-də parlamentdə jurnalistlərlə söhbətində bildirib.

O, respublikanın Tavuş və Lori vilayətlərində daşqının nəticələrinin aradan qaldırılması işlərindən danışıb.

Müxtəlif istiqamətlərdə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı respublika, rayon və icma komissiyaları yaradılıb.

O qeyd edib ki, dəymiş ziyanın miqyası olduqca böyükdür, dövlətlərarası, yerli avtomobil yolları, dəmir yolları kimi iri ictimai infrastrukturlardan başlayaraq, həm dövlət, həm də özəl müəssisələr, bağlar, evlər və s.

Lakin Sanosyanın sözlərinə görə, təbii fəlakətin vurduğu zərərin həcmini hələlik ümumiləşdirmək mümkün deyil.

Fəlakət zonasındakı epidemioloji vəziyyətə gəlincə, Sanosyan qeyd edib:

“Tərkibində zərərli maddələr ola bilən kifayət qədər böyük miqdarda lil narahatlıq doğurur. Digər tərəfdən çoxlu heyvanlar tələf olub, cəsədlərin bir hissəsi hələ də tapılmayıb.

Səhiyyə Nazirliyindən və müfəttişlik orqanlarından olan həmkarlarımız işləyir, digər tərəfdən əhalini diqqətli olmağa çağırırıq.

Çayın sahillərində axtarış işləri aparılır, ölmüş heyvan cəmdəkləri üçün müvafiq yerlərdə dəfn yerləri ayrılıb”.

Xuraman Etibarlı

İnterpress.az