Tramvay qəzası ilə bağlı SAXLANILANLAR VARbackend

Tramvay qəzası ilə bağlı SAXLANILANLAR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kemerovoda tramvayla baş verən qəzadan sonra elektrik nəqliyyatı şirkətinin direktoru və ustası təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə şübhəli bilinərək saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Müstəntiqlərin bildirdiyinə görə, 2024-cü il iyunun 6-da təqsirləndirilən şəxslər nasaz tramvayın xəttə çıxmasına icazə veriblər və həmin tramvay rayon mərkəzində eyni istiqamətdə hərəkət edən digər tramvayla toqquşub.

Qəza nəticəsində tramvay sürücüsü və 100-dən çox sərnişin xəsarət alıb. Bir nəfər ölüb, qalanlarına isə lazımi tibbi yardım göstərilir. Onların sağlamlığına dəyən zərərin ağırlığı müəyyən edilir.

Xuraman Etibarlı

İnterpress.az