Qəzzada öldürülən daha 8 HƏMAS və “İslami Cihad” yaraqlısının şəxsiyyəti müəyyən edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qəzza zolağının mərkəzindəki Nuseyratda UNRWA məktəb kompleksində öldürülən daha 8 HƏMAS və “İslami Cihad” yaraqlısının şəxsiyyəti müəyyən edilib. Beləliklə, artıq istintaq zamanı şəxsiyyətləri müəyyən edilən zərərsizləşdirilən yaraqlıların sayı 17-yə çatıb.
İyunun 6-da İsrail ordusu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq üzrə Agentliyinin (UNRWA) məktəb kompleksinə hədəfli hava zərbələri endirib. Nəticədə 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumda iştirak edən HƏMAS yaraqlıları məhv edilib.
Xuraman Etibarlı
İnterpress.az