HƏMAS-ın əsas komandiri Qəzza zolağında öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində Qəzza zolağının cənubundakı Rəfah şəhərində HƏMAS-ın ümumi təhlükəsizlik qüvvələrinin rəhbərlərindən biri Məhəmməd Əbu Əcəca məhv edilib.
O, adıçəkilən şəhər daxilində təşkilatın gücləndirilməsi ilə məşğul idi. Bundan əlavə, Şimali Nuseyrat şəhər meri Almaqari zərərsizləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az