Dələduzların aldatdığı məhkəmə hakimi İNTİHAR ETDİ – FOTObackend

Dələduzların aldatdığı məhkəmə hakimi İNTİHAR ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada keçmiş məhkəmə hakimi dələduzluğun qurbanı olub.

interpress.az xəbər verir ki, Moskvada Taqanski Məhkəməsinin keçmiş hakimi fırıldaqçılar tərəfindən iki milyon rubl (təxm. 38 305 man) aldadıldıqdan sonra intihar edib.

Mayın ortalarında 50 yaşlı Natalyaya özünü onun keçmiş meneceri Mixail kimi təqdim edən bir şəxs yazıb. O bildirib ki, kimlərsə qadının hesablarından pul oğurlayıb Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək üçün göndərməyə çalışırlar. Bundan sonra kişi ona xüsusi xidmət orqanlarının və Rusiya Federasiyası Mərkəzi Bankının əməkdaşlarının tezliklə onunla əlaqə saxlayacağını bildirib.

Nəticədə Natalya bir milyon rublu (təxm. 19 min man) “təhlükəsiz hesaba” köçürüb. Bundan sonra fırıldaqçılar qadını banka getməyə və daha bir milyon rubl kredit götürməyə və göstərilən hesaba köçürməyə razı salılar. Ertəsi gün o, aldadıldığını anlayıb və polisə müraciət edib.

Lakin yaxınlarının dediyinə görə, hakim baş verənlərdən çox narahat olub. Sonda bütün bunlar faciəyə gətirib çıxarıb. Natalya 9-cu mərtəbədən özünü ataraq intihar edib.

Daha sonra polis intihar məktubu tapıb. Qadının bir azyaşlı qızı qalıb.

Xuraman Etibarlı

İnterpress.az