Dəvəsi ölmüş Makron və “İntibah” partıyasının ACI MƏĞLUBİYYƏTİ – RƏYbackend

Dəvəsi ölmüş Makron və “İntibah” partıyasının ACI MƏĞLUBİYYƏTİ – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinə seçkilər keçirilib. Bu seçkilərdə Makron və onun “İntibah” partıyası acı məğlubiyyətə uğrayıb. “İntibah” cəmi 14.7 faiz səs topladığı halda, milliyyətçi Marin Le Penin ” Milli birlik” partiyası 31.5 faiz səs toplayıb. Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərin nəticələrindən sonra ölkə parlamentini, yəni Milli Assambleyanı buraxıb və növbədənkənar parlament seçkiləri elan edib.

Qeyd edək ki, Fransa prezidenti sonuncu dəfə parlamentin aşağı palatasını 1997-ci ildə buraxıb.

Bu seçkidə sağçıların qələbəsindən sonra Emmanuel Makron deyib ki, “Bu günün sonunda heç nə olmamış kimi davrana bilməyəcəm. Bu vəziyyətə son illərdə ölkəmizdə ictimai və parlament müzakirələrinə səbəb olan “istilik” də əlavə olunur”.

Makronun Cənubi Qafqaza can atması fonunda Avropa Parlamentinə seçkilərdə biabırçı məğlubiyyəti ilə bağlı interpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev açıqlamasında cavablandırıb.

“Artıq Le Penin tərəfdarları, partiyası qalib gəlib. İslamofobiya kartı Avropadan istifadə edilən əsas kartdır. Makron da o kartdan istifadə edir, Le Pen fə istifadə edir. Daha çox hətta Le Pen İslamofobiya. kartından istifadə etdiyini bilirik.

Le Pen Rusiya yönümlü bir şəxsdir. Nə Amerikaya, nə NATO-ya meyilli insan deyil. Sadəcə olaraq, fransız xalqları üçün siyasi məsələlər çox da mühüm deyil. Onlar üçün ancaq yaşayış, rifah, öz ölkələrini düşünmələri daha önəmlidir.

Məsələn, Makron prezident seçkilərində növbəti dəfə qalıb gəlməsinən bəri bir çox ixtişaşlar oldu. Makrona qarşı cəmiyyətdə mənfi rəy var. Yenidən seçki olması ehtimal da var. Makronun şansı çox azalır. Le Pen yaxşı bir rəqib ola bilər, düşünürəm. Amma seçilib-seçilməməsi də önəmli məsələdir.

Lepenin anti-NATO, Amerikaya əleyhinə, Putinin lehinə fikirləri, təbii ki, Avropada ona qarşı mənfi rəy yaradacaq.

Bu parlament seçkilərində qalib gəlməsinin üstünlüyü o ola bilər ki, Le Pen Rusiya-Ukrayna mühabibəsində Rusiyaya dəstək versin. Yəni Fransa və digər ölkələr Ukraniyaya dəstək olurlar. Bu dəfə isə əksinə ola bilər. Mənim düşüncələrim budur”, –  politoloq bildirib.

“Seçkilərin nəticələri Avropda olan müsəlmanlar üçün nə kimi təhlükələr yaradır və İslamafoboya meylləri daha da artacaqmı?” sualına Elman Vəliyev belə cavab verib:

“Müsəlmanlar üçün elə təhlükə yoxdur, sadəcə islamofobiya kartı vardır. Onlar üçün ümumi dünya səviyyəsində islamı yanlış bir din kimi təqdim edilmək cəhdləri var. Proses seçki qurtarana kimidir Yəni Fransada müsəlmanları ölkədən çıxarmaq, yaxud da soyqırım kimi belə şeylər yoxdur, təbii ki.

Həm də xüsusilə vurğulamaq istəyirəm ki, Le Pen Makroni nisbətən az səviyyədə erməniləri dəstəkləyən biridir. Le Penlə Makrondan fərqli olaraq ermənilərin o qədər çox şansı olmur.

Fransada ermənlərin çoxluğunu nəzərə alsaq, Makroni ayaqda saxlayanların əksəriyyəti elə onlardır, həmin o erməni milyarder ailələrdir”.

Xuraman Etibarlı

İnterpress.az