Qazaxıstan imamlara sosial şəbəkələrə girməyi QADAĞAN ETMƏYƏCƏKbackend

Qazaxıstan imamlara sosial şəbəkələrə girməyi QADAĞAN ETMƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Özbəkistandan fərqli olaraq imamlara sosial şəbəkələri idarə etməyi qadağan etməyi planlaşdırmır.

interpress.az xəbər verir ki, bu barədə Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov bildirib. O deyib ki, imamlara sosial şəbəkələri idarə etməyi qadağan etmək fikrində deyillər.

“Əlbəttə, biz qonşularımızın bu təcrübəsini bilirik. Amma mən hesab edirəm ki, sosial şəbəkələr sizin ümmətinizlə, sizin vətəndaşlarınızla ünsiyyət üçün bir vasitədir , bu sual deyil”, – İskakov vurğulayıb.

Bundan əvvəl Özbəkistan Müsəlmanları İdarəsi imamların sosial şəbəkələrdə çıxışlarını məhdudlaşdırıb. Bu, bəzi imamların mübahisəli çıxışları fonunda baş verib.

Mayın 27-də Özbəkistandakı bütün məscid imamlarına sosial şəbəkələrə daxil olmamaq və sosial şəbəkələrdəki yazıları “like” atmamaq barədə xəbərdarlıq edilib.

Xuraman Etibarlı

İnterpress.az