HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Dohada “İslami Cihad”ın baş katibi Ziyad ən-Nahala ilə görüşüb.
interpress.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qəzza zolağındakı vəziyyət müzakirə edilib.
Görüşün sonunda tərəflər birgə bəyanat yayıblar: “Əsirlərin mübadiləsinə dair istənilən razılaşma müharibənin tam və dərhal dayandırılmasını və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını ehtiva etməlidir”.
Xuraman Etibarlı
İnterpress.az