Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən axşam Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.
İnterpress.az-ın TASS-a istinadən xəbərinə görə, Ukrayna, eləcə də Qəzza sektoru və Suriyadakı vəziyyət də tərəflərin diqqət mərkəzində olub.