“Mərkəzi Asiyadan olan miqrantlar terror hücumlarına hazırlanır” – Rusiya FTXbackend

“Mərkəzi Asiyadan olan miqrantlar terror hücumlarına hazırlanır” – Rusiya FTX

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mərkəzi Asiyadan olan miqrantlar terror hücumlarına hazırlanır”.

interpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru və Milli Antiterror Komitəsinin (MTK) sədri Aleksandr Bortnikov bildirib. O deyib ki, Ukrayna Rusiyada terror fəaliyyəti üçün Mərkəzi Asiyadan olan şəxsləri cəlb edir.

“Ukrayna və NATO-nun kəşfiyyat xidmətləri əmək miqrantları da daxil olmaqla, səs-küylü cinayətlər törədənləri axtarır və işə cəlb edir”, – Bortnikov bildirib.

Bortnikov onu da qeyd edib ki, Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş verən terror aktında Ukrayna hərbi kəşfiyyatının əli olması faktı FTX tərəfindən sübuta yetirilib.

Qeyd olunur ki, 2022-ci il fevralın 24-dən insanların sıx toplaşdığı yerlərdə və dövlət obyektlərində səkkiz terror aktının qarşısı alınıb.

FTX-nin məlumatına görə, qarşısı alınan bütün terror aktları Mərkəzi Asiya ölkələrindən olan insanlar tərəfindən hazırlanıb.

Xuraman Etibarlı

İnterpress.az