Dağıstanın Kijani kəndində sel altı yaşlı qızı aparıb, uşaq ölüb.
interpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Axan palçıq və su qarışığı əl-ələ tutan iki bacını aparıb.
Böyük bacı üzərək çıxa bilib, lakin kiçik bacısını sel iki kilometr aparıb.
Uşaq həyat əlaməti olmadan tapılıb.
Xuraman Etibarlı
İnterpress.az