Poroşenko Rusiyaya inanmırbackend

Poroşenko Rusiyaya inanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ukraynada atəşkəs fevralın 15-də saat 00.00-da qüvvəyə minəcək. Lakin buna qədər atışmalar davam edir. ABŞ Dövlət Katibinin sözcüsü Psaki Rusiya ordusunun Ukraynaya çox sayda top və raket baterayası gətirdiyini söyləyib. Məlumatı kəşfiyyat qurumlarından aldıqlarını deyən sözcü bunların seoeratçılara aid olmadığını bildirib.

Fevralın 13-də baş verən atışmalarda azı 28 nəfərin öldüyü deyilir. Psaki atəşkəs qabağı bu vəziyyətin normal olmadığını deyib.

Ukrayna prezidenti Petro Poroşenko da Minsk razılaşmasından sonra Rusiya ordusunun hücumlarının artdığını qeyd edib. “Razılaşma böyük təhlükə altındadır”.

Qeyd edək ki, fevralın 11 və 12-də Belorusun paytaxtı Minskdə 17 saat davam edən müzakirələr nəticəsində fevralın 15-dən atəşi dayandırmaq barədə qazılığa gəlinib.

İnterpress.az