Ermənistan parlamentinin yemakxanasında Paşinyana “ilişiblər”.
interpress.az erməni KİV-nə istinadla xəbər verir ki, parlamentin növbəti iclasının fasiləsi zamanı baş nazi Nikol Paşinyan spiker Alen Simonyan və digərləri ilə nahar etməyə hazırlaşıb. Onlar parlamentin yeməkxanasına gəliblər.
Bu zaman yeməkxananın işçisi Paşinyana zarafatyana söz atıb.
“Yadımdadır, siz deputat olanda burada qarabaşaq yeyirdiniz, indi yəqin ki, qara kürü yeyirsiniz”, – yeməkxananın işçisi deyib.
Xuraman Etibarlı
İnterpress.az