“Ermənistanda dövləti “sıfırlamaq” istəyənlər var”.
interpress.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçirilən etiraz aksiyalarına münasibət bildirib.
O qeyd edib ki, Ermənistanda elə adamlar var ki, onların gündəliyi dövləti “sıfırlamaq”dır.
“Bəli, qorxuram ki, kimlərinsə Ermənistan dövlətini sıradan çıxarmaq planı reallığa çevrilsin… Təbii ki, burada öz ifadələrinə görə, səmimi niyyətlə gələn insanlar var. Niyə qorxmayaq? Belə bir tarixi olan bir ölkəyə kimsə rəhbərlik edirsə, o, necə qorxmasın?”, – Paşinyan deyib.
Xuraman Etibarlı
İnterpress.az