Rusiya Federasiyası Ukraynada “ilişib” qaldığı bir vaxtda Azərbaycan və Ermənistan sülh sazişi imzalamalıdır.
interpres.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi O`Brayen deyib. O bildirib ki, İrəvanla Bakı arasında sülh müqaviləsi imzalamaq imkanı var, çünki Rusiya bir ildən sonra olmayacaq çətinliklərlə üzləşib.
“İndi irəliləmək imkanı var, çünki Rusiya Ukraynada ilişib qalıb”, – O`Brayen qeyd edib.
Onun sözlərinə görə, saziş həm də Qazaxıstandan Türkiyəyə, Aralıq dənizinə və ya Qara dənizə çatan ticarət yoluna sahib olmaq imkanı verəcək.
“Bu marşrut artıq mövcud olan digər marşrutu tamamlayacaq, Azərbaycan ərazisindən keçərək Gürcüstandan Qara dənizə qədər. Bu iki marşrut birlikdə Orta Asiya ölkələrinə Rusiya və ya Çindən asılı olmayaraq dünya bazarına çıxışı təmin edəcək”, – o əlavə edib.
Xuraman Etibarlı
İnterpres.az