Sülh sammitinə qatılmayacaq Çin öz “sülh planı”nı yürüdür – “Reuters”backend

Sülh sammitinə qatılmayacaq Çin öz “sülh planı”nı yürüdür – “Reuters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə keçiriləcək sülh sammitinə qatılmayacaq Çin İsveçrə görüşü ərəfəsində dünya hökumətlərini öz “sülh planı” üçün lobbi edəcək.

interpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentlik yazır ki, Pekin müxtəlif ölkələrin xarici rəsmiləri ilə görüşlər keçirərək “sülh planı”nı təbliğ etmək niyyətindədir.

“Pekin xarici rəsmilərlə görüşlər vasitəsilə təbliğat işlərini gücləndirib. Çinin Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Hui keçən ay Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və onların Pekindəki səfirliklərində inkişaf etməkdə olan ölkələrin rəsmiləri ilə görüşüb”, – materialda deyilir.

Xuraman Etibarlı

İnterpress.az