NTV-nin operatoru Valeri Kojin dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, Qorlovkada yaralanan NTV-nin operatoru Valeri Kojin dünyasını dəyişib.
Gün ərzində o, həmkarı Aleksey İvliyev və müşayiətçi zabitlə birlikdə şiddətli atəşə məruz qalıb.
Həkimlər Kojini xilas edə bilməyiblər.
Xatırladaq ki, bu gün Qorlovkanın atəşə tutulması zamanı yaralanandan sonra NTV-nin müxbiri Aleksey İvliyev və onun daha iki həmkarı komaya düşüb.
Xuraman Etibarlı
İnterpress.az