Almaniyada keçirilən Avro 2024 matçları İsrailə görə cihadçıların HƏDƏFİNDƏDİRbackend

Almaniyada keçirilən Avro 2024 matçları İsrailə görə cihadçıların HƏDƏFİNDƏDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada keçirilən Avro 2024 matçları İsrailə dəstək səbəbiylə cihadçıların hədəfindədir.

interpress.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.

“Bu gün Almaniyada artan təhlükəsizlik və mümkün terror hücumları qorxusu şəraitində futbol üzrə Avropa çempionatı başlayır”, – nəşr yazıb.

Məqalədə qeyd olunur ki, ölkədə cihadçıların hücumlarından təhdid səviyyəsi hazırda uzun müddət ərzində ən yüksək səviyyədədir.

Almaniya İsrailin ən yaxın müttəfiqi olduğu üçün bu cür hücumlar üçün prioritet hədəf olaraq görülür.

Son həftələr Almaniyada bir neçə bıçaqlı hücum, o cümlədən Mannheim şəhərində bir immiqrantın bir polis məmurunu bıçaqladığı insident baş verib.

Bu hücumlar Alman kəşfiyyatı üçün çətin bir iş olan “tənhalar” tərəfindən həyata keçirildi.

Turnir boyu küçələrdə 22 000 polis əməkdaşı olacaq. Bundan əlavə, polis Almaniyaya cinayətkar axınına nəzarət etmək üçün sərhəd nəzarətinin bərpası da daxil olmaqla, qonşu ölkələrin zabitlərindən dəstək alacaq.

Hər matçda 1000-ə yaxın polis əməkdaşının iştirak edəcəyi gözlənilir. Həmçinin pilotsuz təyyarələrin hücumlarından qorxaraq havadan monitorinq və müşahidə aparılacaq.

Xuraman Etibarlı

İnterpress.az