İranda biri qadın olmaqla 9 nəfər EDAM EDİLDİbackend

İranda biri qadın olmaqla 9 nəfər EDAM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda biri qadın olmaqla 9 nəfər edam edilib.

interpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, Şirazın Qəzılhasar və Adılabad, Rəştdə Lakan həbsxanasında biri qadın olmaqla 9 məhbus edam edilib.

“Son 3 gündə Qəzəlhisar, Adelabad, Şiraz və Ləkan Rəşt həbsxanalarında biri qadın olmaqla 9 məhbusu asıblar.

Bu gün, bazar günü, iyulun 21-də Kərəcdəki Qəzılhasar həbsxanasında Davud Brahui, Səid Məhəmmədpur, Mehdi Əli Əkbəri və daha bir məhbus 4 məhbus asılaraq edam edilib.

Bəluc Davud Brahuinin 47 yaşı var idi və 1997-ci ildən həbsdədir.

20 iyul şənbə günü Şirazın Adel Abad həbsxanasında Mənsur Təvəkli, Hamid Sakbateh, Mohsen Estvari və “Mahmoudinia” adlı qadın məhbus edam edilib.

Cümə günü, iyulun 19-da Rəştdəki Lakan həbsxanasında Taher Sadeqi adlı daha bir məhbus edam edilib”, – media yazıb.

Xuraman Etibarlı

İnterpress.az