Qazaxıstanda 22 “Hizb-ut-Təhrir” üzvü saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qazaxıstanın cənubunda yerləşən Çimkent şəhərində prokurorluq və Milli Təhlükəsizlik Komitəsinin (MTK) birgə əməliyyatı zamanı “Hizb-ut-Təhrir”in gizli hücrəsinin 22 üzvü saxlanılıb.
Qeyd olunur ki, “auzaşarlar”ın həyata keçirilməsi əfsanəsi altında təşkilatın tərəfdarları təbliğat aparmaq və tərəfdarlarının sayını artırmaq üçün dini toplantılar keçiriblər.
Auzaşar – Ramazan ayında axşam yeməyidir.
Sünni dini-siyasi təşkilatı “Hizb-ut-Təhrir “(İslam Azadlıq Partiyası) 1953-cü ildə Təqi əd-din ən-Nəbhani tərəfindən Qüdsdə (o vaxt İordaniyanın nəzarətində idi) yaradılıb.
Təşkilat 50-dən çox ölkədə fəaliyyət göstərir və dünya üzrə təxminən bir milyon üzvü var. Təşkilatın filialları Yaxın Şərq və Şimali Afrikada, Cənub-Şərqi Asiya ölkələrində (İndoneziya və Malayziya) və Aİ-də fəaliyyət göstərir.
1990-2000-ci illərdə Təşkilat xüsusilə Mərkəzi Asiya ölkələrində, Rusiya Federasiyasında və Ukraynada fəallıq göstərib.
Xuraman Etibarlı
İnterpress.az