Qırğızıstanda dini terminlər QADAĞAN EDİLDİbackend

Qırğızıstanda dini terminlər QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda dini terminlər qadağan edilib.

interpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Bildirilir ki, Qırğızıstanda şirkət adlarında dini terminlərin istifadəsi qadağan edilib.

İstisna mənfəət əldə etmək məqsədi daşımayan qeyri-kommersiya təşkilatlarıdır.

Qanunu bu gün ölkə prezidenti Sadır Cəfərov imzalayıb. Konkret sözlərin siyahısı hələ ki, yoxdur; o, Nazirlər Kabineti tərəfindən sonra təsdiq olunacaq.

Xuraman Etibarlı

İnterpress.az